Dünyada daha bir Çernobıl qəzası baş verə bilərmi? –


Digərləri 17 İyn 2019 22:15:00 246 0

Dünyada daha bir Çernobıl qəzası baş verə bilərmi? –

Dünya Çernobıl faciəsi ilə bağlı bir çox yeni dərslər öyrəndi, "HBO" telekanalının yeni serialı sayəsində atom elektrik stansiyasındakı dağıdıcı fəlakət bizim mədəni söhbətlərimizin bir parçasına çevrildi.

Bununla belə, faciənin bir çox elementləri hələ də sirr olaraq qalır, biz bir neçə məsələni dəqiq bilirik: 1986-cı ilin aprelin 26-da o vaxtlar SSRİ-yə daxil olan Pripyat şəhəri yaxınlığındakı atom reaktorunun nüvəsi açıldı və havaya radioaktiv maddələrdən ibarət duman buraxmağa başladı.

Son.az bilge.az-a istinadən bildirir ki, partlayışın ilk 3 ayı ərzində 30-dan çox insan kəskin radiasiya zəhərlənməsindən öldü. Bu gün isə elm adamları onminlərlə, bəlkə də yüzminlərlə insanın fəlakətdən ciddi surətdə təsirləndiyini düşünür.