Türkiyənin kredit reytinqi aşağı salındı


Digərləri 17 İyn 2019 22:05:00 202 0

Türkiyənin kredit reytinqi aşağı salındı

Beynəlxalq kredit reytinqi agentliyi "Moody's", Türkiyənin kredit reytinqini ''Ba3''dən ''B1''ə endirib. Reytinqin proqnozu "neqativ"dir.

Son.az marja.az-a istinadən bildirir ki, agentliyin açıqlamasında, "reytinq endirimi tədiyyə balansı böhranının artmağa davam etməsini əks etdirir. Türkiyə, uzunmüddətli iqtisadi və maliyyə oynaqlıq dövrünə qarşı kövrək qalmaqda davam edir.

Türkiyənin valyuta ehtiyatlarında azalma, Mərkəzi Bankın uzun müddətdir davam edən məzənnədə sərbəst dalğalanmaya icazə vermə siyasətinə tərs görünür və bankın şəffaflığı ilə müstəqilliyinə kölgə salır" ifadəsi yer alıb.

"Moody's" İstanbuldakı təkar seçkinin qeyri-müəyyənlik yaratdığını, Türk Lirəsində daha çox ucuzlaşma ola biləcəyini, valyuta ehtiyatlarının da daha çox azalacağını proqnozlaşdırıb. Türkiyəyə sanksiya tətbiq olunmasının daha çox bazar reaksiyasına səbəb olacağı və kredit reytinqi üçün də mənfi olacağı qeyd edilib.

Qurum, ABŞ ilə baş verən S400 böhranına da diqqət çəkərək "ABŞ-ın mümkün sanksiyaları da Türkiyə iqtisadiyyatı və maliyyə sistemi üzərində təzyiq yaradır" ifadəsinə yer verib.