Mobil telefondan çox istifadə insanın kəllə quruluşunu dəyişib–


Digərləri 17 İyn 2019 21:52:00 295 0

Mobil telefondan çox istifadə insanın kəllə quruluşunu dəyişib–

Mobil telefonlardan istifadə müasir insanın kəllə quruşunda artıq dəyişikliklər etməyə başlayıb. Bunu Avstraliya Universitetinin alimləri bildirib. Son.az medicina.az-a istinadən bildirir ki, gənclərin kəlləsində anatomik struktur dəyişikliyi baş verir. Gününü planşet və smarfonla keçirən yeniyetmə və gənclərdə ənsə nahiyədə sümük və toxuma çıxıntısı inkişaf edir.

Belə kəllə dəyişikliyi hələr 1800-cü ildə  qeydə alınmışdı, amma belə sumuk qabarması tibbdə nadir halda rast gəlinirdi. İndi isə belə çölə çıxıntı 18-30 yaşlılar arasında kifayət qədər yayılıb. Alimlər yeni tədqiqatlarında 1000 kəllə forması araşdırıblar.

Ekspertlər bildirib ki, son 10 ildə insan ənsəsində sumuklu qabarıq forma böyüyüb. Bu anatomik dəyişikliyin səbəbi insanın günün çox hissəsində başını telefona dikməsi və 5 kq-lıq kəllənin uzun saatlar o vəziyyətdə qalaraq, boyun və ənsə sümüklərinə təzyiq etməsidir.

Hazlrda müasir gənclərin ənsə çıxığının ölçüsü 2,6 sm-ə çatıb, bu 1996-cı illə müqayisədə xeyli çoxdur.