Ağsuda 4 otaqlı ev yanıb


Digərləri 17 İyn 2019 21:49:00 274 0

Ağsuda 4 otaqlı ev yanıb

Ağsuda yanğın qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, rayonun Elabad kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 60 m² olan talvar və altına yığılan 1,8 ton ot bağlamasının 1 tonu yanıb.

Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;