Türkiyədə miqrant qayığının batması nəticəsində 8 nəfər ölüb


Dünya 17 İyn 2019 21:23:00 289 0

Türkiyədə miqrant qayığının batması nəticəsində 8 nəfər ölüb

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyənin qərb sahillərində miqratları daşıyan qayığın batması nəticəsində 8 nəfər ölüb, 31 nəfər xilas edilib.

Muğla vilayətinin Bodrum rayonunun sahillərində batmış qayıqda olan şəxslərə çatmaq üçün sahil keşikçiləri tərəfindən axtarış-xilasetmə əməliyyatı keçirilib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, iki qayıq, bir dalğıc komandası və bir sahil təhlükəsizlik vertolyotu ilə həyata keçirilən axtarış xilasetmə əməliyyatı zamanı qayıqda olan 40 miqratndan səkkizinin cəsədi tapılıb.

Daha əvvəl verilən məlumatda sahil təhlükəsizlik xidməti tərəfindən doqquz itkin düşmüş miqratınaxtarıldığı bildirilmişdi.