Dodge məhdud seriyadan olan Charger sedanını hazırlayıb FOTO


Digərləri 17 İyn 2019 21:01:00 249 0

Dodge məhdud seriyadan olan Charger sedanını hazırlayıb  FOTO

Dodge şirkəti Charger SRT Hellcat sedanının məhdud saylı Octane Edition seriyasını hazırlayıb. Xüsusi sedanlar amerikan dilerlərinin salonlarında payızda peyda olacaq. Dodge Charger SRT Hellcat Octane Edition eksteryer və interyerin "qaşqabaqlı" dekoru və xüsusi təchizatı ilə seçilirlər.

Son.az autograph.az-a istinadən bildirir ki, Dodge Charger SRT Hellcat Octane Edition modelinin əsas əlamətləri qara Pitch Black və ağ White Knuckle rənginə boyanan kuzov, qırmızı haşiyələri olan qara tutqun rəngli mərkəzi zolaq, qara emblemlər, baqaj qapağına vurulmuş tutqun rəngli spoyler, Challenger R/T Scat Pack dəstindən olan 20-düymlük təkər diski və yüksək yüklənmələr zamanı təkərlərin sürüşməsinin qarşısını alan naxışları olan şinlərdir. Bundan başqa, sedanın seçilən elementlərindən biri də Brembo əyləc mexanizmlərinin qırmızı Octane Red rənginə boyanmış supportlardır.

Avtomobilin salon tərtibatında qırmızı tikişləri olan qara dəridən və üzəri tutqun alüminiumla örtülmüş qara parlaq dekor elementlərindən istifadə edilir. Burada tündləşdirilmiş cihazlar panelini, qırmızı təhlükəsizlik kəmərlərini, SRT Hellcat loqotipləri tikilmiş SRT Performance idman oturacaqlarını görmək olar.

Dodge Charger SRT Hellcat Octane Edition modeli 717 at qüvvəsi hasil edən 6,2-litrlik HEMI V8 mühərriki və səkkiz pilləli avtomatik qutu ilə təchiz edilir.  Keçən ildən başlayaraq, Charger SRT Hellcat modeli After-Run Chiller kompressorunun Challenger SRT Demon soyutma sistemi, həmçinin yerindən sürətlənmə zamanı, kompressorda təzyiqi artıraraq fırlanma anı ehtiyatı yaradan Torque Reserve funksiyası ilə təchiz edilir.


Xəbərə aid fotolar