ABŞda neft qazma qurğularının sayı azalıb


Digərləri 17 İyn 2019 21:05:00 220 0

ABŞda neft qazma qurğularının sayı azalıb

ABŞ-ın neft sənayesinin mənzərəsi və qısa dövr xam neft hasilatı haqqında göstərici kimi qəbul edilən neft qazma qurğularının sayı bu həftə 1 ədəd azalıb.

Son.az marja.az-a istinadən bildirir ki, neft sahəsinə xidməti şirkəti Baker Hughes-ın həftəlik məlumatlarına görə, ABŞ-dakı neft qazma qurğularının sayı 8-14 İyun həftəsində bir əvvəlki həftə ilə müqayisədə 1 ədəd azalaraq 788-ə düşüb.

Cümə günü Brent neftin barrel qiyməti 1,1% bahalaşma ilə yekunda 62,01 dollardan bağlanıb.