Elbay Qasımzadə: Bakını hətta Las Veqasdan üstün bir şəhərə bənzədənlər var VİDEO


Siyasət 17 İyn 2019 21:08:00 62 0

Elbay Qasımzadə: Bakını hətta Las Veqasdan üstün bir şəhərə bənzədənlər var   VİDEO

akıda keçirilən "Tarixi şəhərlərdə kütləvi turizm" Beynəlxalq Forumunun iştirakçıları Azərbaycandan yüksək təəssüratlarla qayıdıb və Azərbaycanın qədim, zəngin tarixinə heyran qalıblar.

Son.az bildirir ki, bunu Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Əməkdar memar Elbay Qasımzadə Trend İnformasiya Agentliyinin "Sahil Kərimli ilə müsahibə zamanı" müəllif layihəsində 7-10 iyun tarixlərində Bakıda keçirilən "Tarixi şəhərlərdə kütləvi turizm" Beynəlxalq Forumu barədə danışarkən deyib.

Əməkdar memarın sözlərinə görə, Beynəlxalq Memarlar İttifaqının rəhbərliyi Azərbaycan Prezidentinin və Azərbaycan xalqının qonaqpərvərliyindən çox məmnun qalıb: "Ötən il martın 29-30-da Beynəlxalq Memarlar İttifaqı Bakıda öz bürosunun iclasını keçirirdi. Daha sonra cənab Prezident İlham Əliyev büro iştirakçılarını qəbul etdi. Görüş zamanı belə ideya səsləndirdilər ki, Bakıda tarixi şəhərlərlə bağlı forum keçirilsin. Onlar Venesiyanı, Barselonanı misal gətirdilər ki, idarə olunmayan turizm tarixi şəhərlərə ziyan vurur, həyat bahalaşır, abidələr dağılır. Onlar bu tədbiri Bakıda keçirmək üçün cənab Prezidentdən icazə istədilər. Cənab Prezident bildirdi ki, nə lazımdırsa, ediləcək. Bundan sonra 9 ay müddətində həm biz tərəfdən, həm Beynəlxalq Memarlar İttifaqı tərəfindən çox böyük işlər görüldü. İki komitə yaradıldı - Proqram Komitəsi və Təşkilat Komitəsi. Proqram Komitəsinə onlar özləri nəzarət edirdilər, Təşkilat Komitəsinin rəhbərliyini isə mənə tapşırdılar. Forum iyunun 7-dən 11-nə kimi Bakıda baş tutdu və uğurlu keçdi. Biz onun nəticəsini bu gün görürük. Tədbir bitib, amma hələ də bizə təşəkkür məktubları gəlir. Bütün iştirakçılar həm şəhərimizin gözəlliyi, həm də xalqımızın qonaqpərvərliyi ilə bağlı Bakıdan gözəl təəssüratlarla qayıdıblar".

E.Qasımzadə bildirib ki, bu görüşdən sonra Parisdə Beynəlxalq Memarlar İttifaqı Şurasının iclası keçirilib: "Mənə dedilər ki, orada bəzi şura üzvləri narazılıq ediblər ki, niyə müsabiqə keçirilmir və niyə forum birbaşa Bakıda olmalıdır? Qeyd edim ki, Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vaner Azərbaycana bir neçə dəfə səfərə gəlib və Azərbaycanın qonaqpərvərliyini görüb. O, həmin şəxslərə cavab verib ki, neçə illərdir Beynəlxalq Memarlar İttifaqının rəhbəridir və müxtəlif ölkələrdə Beynəlxalq Memarlar İttifaqının rəhbərliyi müşavirələr keçirir. Lakin heç bir ölkədə dövlət başçısı müşavirə iştirakçılarını qəbul etməyib, Azərbaycandan başqa. Narazılıq edənlərin deməyə sözləri qalmayıb".

Əməkdar memar əlavə edib ki, bu il Bakıda keçirilən bu mötəbər tədbirdə növbəti Forumun keçirilməsi üçün bir neçə iddiaçı olub və Forumdan sonra keçirilən Beynəlxalq Memarlar İttifaqı Baş Assambleyasında iki şəhər üçün səs vermə keçirilib: "Onlardan biri Səudiyyə Ərəbistanının Ər-Riyad şəhəri, digəri də İspaniyanın Madrid şəhəri idi. Hər iki şəhər çox gözəl təqdimat hazırlamışdı. Növbəti Forumun keçiriləcəyi yer olaraq mən Ər-Riyada səs verdim. Zənnimcə, orada tamam başqa mədəniyyət var. Hətta düşündüm ki, qismət olsa həmin vaxt Məkkəni də ziyarət edərəm. Amma həmkarlar üstünlüyü Madridə verdilər və 2021-ci ildə növbəti forum Madriddə keçiriləcək. Həmin forumun mövzusu başqadır.

Biz artıq neçə illərdir ki, Beynəlxalq Memarlar İttifaqının üzvüyük. Bakıda böyük bir tədbir keçirmək çoxdankı arzumuz idi. İstəyirdik ki, bütün dünyadan həmkarlarımız Bakıya gəlsinlər, Azərbaycan xalqının mədəniyyəti, tarixi ilə tanış olsunlar. Və bu il bu arzumuza çatdıq, bu tədbirlə əlaqədar Bakıya 120-dən çox ölkənin 357 nümayəndəsi gəlmişdi".

E.Qasımzadə bildirib ki, qonaqlar arasında Bakını hətta Las Veqasdan da üstün bir şəhərə bənzədənlər olub: "Bizim banqladeşli həmkarımız Bakıya Las Veqasdan gəlmişdi. Onun sözlərinə görə, Las Veqasdan çıxarkən düşünürmuş ki, belə bir gözəl şəhərdən hara getdiyini bilmirmiş. Amma Bakını görəndən sonra deyib ki, hansısa bir əyalətdən gözəl bir şəhərə gəlib. Biri var ölkəyə sıradan biri gəlsin, biri var memar gəlsin. Memarlar ümumiyyətlə çox tələbkar olurlar, bir-birlərini tərifləməyi sevmirlər. Onlar gəlib burada bizim memarlıq üslubunu görüb yüksək qiymət verəndən sonra, bizləri tanıdıqdan sonra hər yerdə gedib deyəcəklər ki, o ölkə ən müasir səviyyədə inkişaf etmiş və qədim tarixi olan bir ölkədir, xalqdır.

Biz qonaqları hər yerə - Qalaya, Qobustana, "Yanardağ"a, İçərişəhərə, "Atəşgah"a apardıq. Onlar şahidi oldular ki, belə bir qədim, zəngin keçmişi olan azərbaycanlılar həqiqətən də yüksək mədəniyyətə malik bir xalqdır. Məqsəd bu idi və biz məqsədimizə nail olduq".

ABŞda neft qazma qurğularının sayı azalıb like
  • 17 İyn 21:05  
Digərləri ABŞda neft qazma qurğularının sayı azalıb

ABŞ-ın neft sənayesinin mənzərəsi və qısa dövr xam neft hasilatı haqq

arrow Ətraflı
Dodge məhdud seriyadan olan Charger sedanını hazırlayıb  FOTO like
  • 17 İyn 21:01  
Digərləri Dodge məhdud seriyadan olan Charger sedanını hazırlayıb FOTO

Dodge şirkəti Charger SRT Hellcat sedanının məhdud saylı Octane Edition se

arrow Ətraflı
Elbay Qasımzadə: Bakını hətta Las Veqasdan üstün bir şəhərə bənzədənlər var (VİDEO) like
  • 17 İyn 21:00  
Digərləri Elbay Qasımzadə: Bakını hətta Las Veqasdan üstün bir şəhərə bənzədənlər var (VİDEO)

Bakıda keçirilən "Tarixi şəhərlərdə kütləvi turizm" Beynəlxalq Forumu

arrow Ətraflı
Misirin sabiq prezidenti Məhəmməd Mursi like
  • 17 İyn 20:57  
Dünya Misirin sabiq prezidenti Məhəmməd Mursi

Misirin sabiq prezidenti Məhəmməd Mursi ölkənin paytaxtı Qahirədə vəfat

arrow Ətraflı
Abşeronda Mercedes beton maneəyə çırpılıb, ölən var like
  • 17 İyn 20:56  
Digərləri Abşeronda Mercedes beton maneəyə çırpılıb, ölən var

Abşeronda minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb.

arrow Ətraflı
Kondisionerin altında yatmaq üz iflicinə səbəb ola bilər like
  • 17 İyn 20:52  
Digərləri Kondisionerin altında yatmaq üz iflicinə səbəb ola bilər

Mütəxəssislərin məlumatına görə kondisionerlər üz iflici ilə nəticə

arrow Ətraflı
Qadın həqiqətən natamam varlıqdırmı? like
  • 17 İyn 20:50  
Digərləri Qadın həqiqətən natamam varlıqdırmı?

Bir kişinin ictimai dominant mövqeyinə haqq qazandırmaq üçün əlaqədar m

arrow Ətraflı
Homoseksuallıq insanlarda sosial əlaqələri like
  • 17 İyn 20:45  
Digərləri Homoseksuallıq insanlarda sosial əlaqələri

Yeni araşdırmaya əsasən, homoseksual davranış insanlarda sosial əlaqələ

arrow Ətraflı
Yüz minlərlə insan küçələrə çıxaraq Honq Konq liderinin istefasına çağırıb like
  • 17 İyn 20:42  
Dünya Yüz minlərlə insan küçələrə çıxaraq Honq Konq liderinin istefasına çağırıb

Honq Konq lideri Karri Lam bazar günü yüz minlərlə insanın qara geyimdə k

arrow Ətraflı
"Qarabağ"ın Çempionar Liqasında 5 potensial rəqibi məlum oldu like
  • 17 İyn 20:41  
Digərləri "Qarabağ"ın Çempionar Liqasında 5 potensial rəqibi məlum oldu

İyunun 18-i Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkü atıla

arrow Ətraflı
Hər gün 1 banan yeyən insanın orqanizmində bu möcüzələr baş verir like
  • 17 İyn 20:41  
Digərləri Hər gün 1 banan yeyən insanın orqanizmində bu möcüzələr baş verir

Banan çox faydalı və həmçinin müalicəvi meyvədir. Dünya qida mütəxəs

arrow Ətraflı
Hitlerə suiqəsddə ittiham olunan rəssam Otto Diks like
  • 17 İyn 20:40  
Digərləri Hitlerə suiqəsddə ittiham olunan rəssam Otto Diks

Nəyə görə "sarsılmış" rəssam Otto Diks Hitleri öldürmək ü

arrow Ətraflı
Koreyalıların 90 il yaşamasının sirri – like
  • 17 İyn 20:38  
Digərləri Koreyalıların 90 il yaşamasının sirri –

Asya mətbəxinin ən tanınmış,  ləziz təamı "kimçi" Koreyada

arrow Ətraflı
“Instagram”da hansı ulduz çox layk yığır? – like
  • 17 İyn 20:35  
Digərləri “Instagram”da hansı ulduz çox layk yığır? –

"Hype Auditor" analitik platformasının araşdırmasına görə, mü

arrow Ətraflı
Anadan övlada ötürülən xəstəliklər – like
  • 17 İyn 20:34  
Digərləri Anadan övlada ötürülən xəstəliklər –

Uşaqlar valideynlərində nəinki xarici görünüş, göz, saç rəngi, təəs

arrow Ətraflı