Hər gün 1 banan yeyən insanın orqanizmində bu möcüzələr baş verir


Digərləri 17 İyn 2019 20:41:00 243 0

Hər gün 1 banan yeyən insanın orqanizmində bu möcüzələr baş verir

Banan çox faydalı və həmçinin müalicəvi meyvədir. Dünya qida mütəxəssisləri hər gün 1 banan yeməyi tövsiyə edirlər.

Son.az saglamolun.az-a istinadən bildirir ki, bu sağlamlığı möhkəmləndirmək və bir çox xəstəliklərdən qorunmaq üçün ən sadə və effektli addımlardan biridir.  

Nə üçün hər gün 1 banan yemək lazımdır?

1. Banan qidalı liflər və pektinlə zəngindir. Bu maddələr orqanizmə hər gün daxil olunmalıdır. Qidalı liflər və pektin orqanizmi toksin, zəhər, sərbəst radikallardan təmizləyir və bununla da qocalma proseslərini ləngidir, xroniki xəstəliklərin riskini azaldır.

2. Kalium və qidalı liflərin sayəsində qanda xolesterinin səviyyəsini aşağı salır, arterial təzyiqi tənzimləyir, ürək və damarları xəstəliklərdən qoruyur.

3. Banan həzm proseslərini və metabolizmi yaxşılaşdırır, bağırsaqların işini asanlaşdırır, bağırsaq xərçənginin riskini azaldır.