Yüz minlərlə insan küçələrə çıxaraq Honq Konq liderinin istefasına çağırıb


Dünya 17 İyn 2019 20:42:00 229 0

Yüz minlərlə insan küçələrə çıxaraq Honq Konq liderinin istefasına çağırıb

Honq Konq lideri Karri Lam bazar günü yüz minlərlə insanın qara geyimdə küçələrə çıxaraq sakinlərin mühakimə olunmaq üçün Çinə təhvil verilməsinə imkan verəcək ekstradisiya qanunu ətrafında yaranmış vəziyyətə görə üzr istəyib.

ABŞ dövlət katibi Mayk Pompeo prezident Donald Trampın Honq Konqda kütləvi etirazları Yaponiyada qarşıdan gələn G-20 sammitində Çin prezidenti Şi Tsinpilə müzakirə edəcəyini bildirib.

"Mən əminəm ki, bu, onların müzakirə edəcəyi məsələlər arasında olacaq", Pompeo bildirib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Honq Konqun baş icraçısı Karri Lam şənbə günü qanun layihəsini qeyri-müəyyən vaxta qədər təxirə salıb.

Yüz minlərlə Honq Konq sakini bazar günü hökumətin ekstradisiya qanunu ilə bağlı nümayişlərə səbəb olmuş fəaliyyəti ilə əlaqədar olaraq narazılıqlarını və qəzəblərini ifadə etmək üçün qara geyimdə şəhərin küçələri və meydanlarına çıxıb.

Qanunun şənbə günü qeyri-müəyyən vaxta qədər təxirə salınması Britaniyanın ərazini 1997-ci ildə Çinə qaytarmasından sonra Honq Konq hökuməti tərəfindən ən böyük siyasi geriçəkilmələrdən biri hesab edilir. Bu həm də Karri Lamın şəhərə rəhbərliyi davam etdirə bilməsi ilə bağlı sualların yaranmasına səbəb olub.