“Instagram”da hansı ulduz çox layk yığır? –


Digərləri 17 İyn 2019 20:35:00 241 0

“Instagram”da hansı ulduz çox layk yığır? –

"Hype Auditor" analitik platformasının araşdırmasına görə, müğənni Selena Qomes "Instagram"da layklarının sayına görə ən populyar istifadəçidir.

Abunəçilərin sayının futbolçudan az olmasına baxmayaraq, müğənni hər postuna görə, orta hesabla 4,6 milyon layk yığır.

Son.az facemark.az-a istinadən bildirir ki, bu haqda "The Sun" nəşri yazıb.

Ekspertlər "Instagram"da ulduzların hesablarını proqramın köməyi ilə qiymətləndiriblər. Belə ki, onun vasitəsilə hesablardakı saxta abunəçilər qiymətləndirmə zamanı hesablanmır, həmçinin istifadəçilərin cəlb olunma dərəcəsini müəyyən edir.