Türkiyənin ən dəyərli markalarının adları açıqlanıb


Digərləri 17 İyn 2019 20:05:00 204 0

Türkiyənin ən dəyərli markalarının adları açıqlanıb

Beynəlxalq marka qiymətləndirmə təşkilatı "Brand Finance"ın araşdırmasına görə, Türk Hava Yolları  1,7 milyard dolları aşan marka dəyərilə keçən il olduğu kimi bu il də "Türkiyənin ən qiymətli markası" olub. "Brand Finance" tərəfindən "Türkiyənin Ən Dəyərli markaları-Türkiyə 100" araşdırmasının 12-incisi tamamlanıb.

Son.az marja.az-a istinadən bildirir ki, siyahıda ilk yeri 1 milyard 735 milyon dollarlıq marka dəyərilə Türk Hava Yolları (THY),  2-ci yeri 1 milyard 637 milyon dollarlıq marka dəyərilə "Ziraat Bankası" tutub.

"Garanti Bankası" 1 milyard 344 milyon dollarlıq marka dəyərilə üçüncü , "Türk Telekom" 1 milyard 185 milyon dollarla dördüncü, "Turkcell" 1 milyard 182 milyon dollarla beşinci yeri tutub.

Marka dəyəri 1 milyard 135 milyon dollar olaraq təyin olunan "İş Bankası" siyahının altıncı pilləsində yer alıb.

Növbəti yerlərdə 934 milyon dollarla "Akbank", 837 milyon dollarla "Arçelik", 647 milyon dollarla "Yapı Kredi", 458 milyon dollarla "Ford Otosan" gəlir.

İLK 100-ÜN MARKA DƏYƏRİ 19,8 MİLYARD DOLLARDIR