“Google” xəbər saytlarından milyardlar qazandı


Digərləri 17 İyn 2019 19:35:00 240 0

“Google” xəbər saytlarından milyardlar qazandı

"Google" kompaniyası xəbərlərin axtarışı zamanı translyasiya edilən reklamlardan 4,7 milyard dollar qazanıb.

Son.az facemark.az-a istinadən bildirir ki, bu haqda "The New York Times" mənbəyə istinadən yazır.

"Google" ilə müqayisədə idə bütün Amerika mətbuatı ötən il dijital reklamlardan daha çox - 5, 1 milyard dollar əldə edib.

Bununla bağlı olaraq "News Media Alliance"ın prezidenti, Amerikada 2 min müxtəlif nəşri birləşdirən Devid Çavern deyib ki, jurnalistlər reklamların böyük bir hissəsini qazanmağa layiqdirlər, nəinki "Google", "Facebook" kimi texnologiya şirkətləri.

Çərşənbə axşamı ABŞ Konqresinin Nümayəndələr Palatası jurnalistləri qorumağa hesablanan qanun layihəsinə baxacaqlar. Bu, mətbuatın antimonopoliya qanunvericiliyindən 4 il müddətinə çıxarılmasını nəzərdə tutur. Qanunun tətbiqi, yayımçıların reklam gəlirlərinin yenidən bölüşdürülməsi üzrə onlayn platformalar ilə danışıqlar aparmasına imkan verəcək.