ABŞın büdcəsində proqnozdan çox kəsir yaranıb


Digərləri 17 İyn 2019 19:05:00 311 0

ABŞın büdcəsində proqnozdan çox kəsir yaranıb

ABŞ-ın federal büdcədə may ayında 185,5 milyard dollar olan proqnozdan çox - 208 milyard dollar kəsir yaranıb.

Son.az marja.az-a istinadən bildirir ki, bu, bu günə qədər bir May ayında görülən ən böyük büdcə kəsiridir.

May ayında büdcə xərcləri 2018-ci ilin eyni ayındakı 364 milyard dollardan 440 milyard dollara yüksələrkən, gəlirlər isə 217 milyard dollardan 232 milyard dollara qalxıb.

1 Oktyabr 2018-də başlayan maliyyə ilinin ilk 8 ayı üzrə büdcə kəsiri isə 739 milyard dollar olub. Keçən ilin eyni dövründə kəsir 532 milyard dollar idi.