Bakıda kişi yolun ortasına uzanıb bütün hərəkəti dayandırdı


Digərləri 17 İyn 2019 18:28:00 214 0

Bakıda kişi yolun ortasına uzanıb bütün hərəkəti dayandırdı

Bakının Xətai rayonu ərazisində qəribə hadisə baş verib.

Son.az baku.ws-ə istinadən xəbər verir ki, Zığ şossesində orta yaşlı kişi yerə uzanaraq avtomobillərin hərəkətinə mane olub.

Həmin anlar ətrafdan keçən insanların diqqətinə səbəb olub. Kameralara düşən görüntülərdən aydın olduğu kimi nəqliyyatın hərəkəti dayanıb. Sürücülərdən biri yerdə uzanan kişiyə yaxınlaşaraq onu qaldırmağa çalışıb.

Vətəndaşın yola hansı səbəbdən uzandığı məlum deyil. Onun sərxoş olduğu ehtimal edilir.