Meksikada içərisində 791 miqrant olan


Dünya 17 İyn 2019 18:00:00 212 0

Meksikada içərisində 791 miqrant olan

Meksikanın hakimiyyət orqanları bazar günü elan ediblər ki, ölkənin immiqrasiya xidmətinin əməkdaşları Mərkəzi Amerikadan 4 yük maşınında ABŞ-Meksika sərhədinə tərəf gələn 800-ə yaxın miqrantı saxlayıblar.

Meksika Milli Miqrasiya İnstitutunun məlumatına görə, yük maşınlarının sürücüləri həbs edilib.

Bildirilir ki, Meksika miqrasiya xidmətinin 1000 nəfər agenti Meksikanın beynəlxalq sərhədlərini keçən başqa ölkə vətəndaşlarının viza sənədlərini yoxlamaq üçün ölkənin şimal və cənub sərhədlərinə göndərilib. Bundan sonra miqrantların saxlanılması başlanılıb.

Son.az AZƏRTAC-a istinadən xatırladır ki, immiqrasiya xidməti agentlərinin sayının artırılması ABŞ ilə Meksika arasında iyunun 7-də imzalanmış sazişdə nəzərdə tutulub. Həmin sazişə görə, Tramp administrasiyası Meksikadan idxal edilən bütün mallara 5 faizlik tarif tətbiq etmək planlarını həyata keçirməməli, Meksika hökuməti isə bunun müqabilində Mərkəzi Amerikadan gələn miqrantların ABŞ-Meksika sərhədini keçmələrinə mane olmaq üçün müvafiq tədbirləri gücləndirməlidir.