İkinci ANİMAFİLM festivalının uşaq münsiflər heyətinin tərkibi məlum oldu (FOTO)


Digərləri 17 İyn 2019 17:19:41 184 0

İkinci ANİMAFİLM festivalının uşaq münsiflər heyətinin tərkibi məlum oldu (FOTO)

Bu festival Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbir olan Birinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının (2018) davamıdır.

Bakı. Azərbaycan animasiyasının inkişafına töhfə vermək məqsədilə 18-20 oktyabr 2019-cu il tarixində Bakıda İkinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək. Trend-in məlumatına görə, festivalda üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri təqdim olunacaq. Bu festival Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbir olan Birinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının (2018) davamıdır. Builki festivalda uşaqlardan ibarət münsiflər heyəti yaradılması nəzərdə tutulub. Uşaq münsiflər heyətinə üzvlər seçimini Azərbaycanın tanınmış animasiya rejissoru və əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov həyata keçirirdi. Festivalın şərtlərinə görə ”Ən yaxşı uşaq animasiya filmi” müsabiqəsinin qalibini 5 nəfər uşaqdan ibarət olan münsiflər heyəti müəyyən edəcək. Uşaq Münsif Heyətinə qoşulmaq üçün 7-13 yaş həddi müəyyən olunmuşdu. Müraciətlər iyunun 10-na qədər qəbul edilirdi. ANİMAFİLM-in təşkilat komitəsinin məlumatına görə festivala gəlmiş müraciətlərə baxılaraq onlar arasından 5 uşaq seçilib. Beləliklə, Uşaq Münsiflər Heyəti aşağıdakı tərkibdə müəyyən olunub: 1) Aydan Kərimli 2) Beril Karaoğlu 3) Fatimə Allahverdiyeva 4) Nilufər Əzimzadə 5) Zərif Qasımova