Azərbaycan oftalmoloqları beynəlxalq konqresdə elmi yenilikləri müzakirə etdilər (FOTO)


Digərləri 17 İyn 2019 17:02:00 222 0

Azərbaycan oftalmoloqları beynəlxalq konqresdə elmi yenilikləri müzakirə etdilər (FOTO)

Azərbaycan oftalmoloqları Fransanın Nitsa şəhərində keçirilən SOE (European Society of Ophthalmology) 2019 konqresində iştirak ediblər.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan oftalmoloqları Fransanın Nitsa şəhərində keçirilən SOE (European Society of Ophthalmology) 2019 konqresində iştirak ediblər. Trend-in məlumatına görə, konqresdə dünyada oftalmologiya sahəsindəki elmi yeniliklər, müasir texnologiyalar və yeni biliklər müzakirə edilib. Dünyanın bir çox ölkələrinin oftalmoloqlarının iştirak etdiyi konqresdə Azərbaycanı akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri Fərəh Abduləliyeva, Fidan Ağayeva, Yazgül Abdıyeva və s. təmsil edib.