Abşeronda “Mercedes” betona çırpıldı: sürücü öldü


Digərləri 17 İyn 2019 16:16:00 224 0

Abşeronda “Mercedes” betona çırpıldı: sürücü öldü

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Son.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunda "Mercedes" markalı minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1979-cu il təvəllüdlü Ocaqverdiyev Vüqar İnqilab oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.