Zərrinin bir günlük əri dələduz çıxdı


Dünya 17 İyn 2019 16:05:00 269 0

Zərrinin bir günlük əri dələduz çıxdı

Ötən gün 34 yaşlı Murad Akınca ilə ailə quran 61 yaşlı müğənni Zərrin Özerin əri haqqında inanılmaz iddialar ortaya atılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Kanal D-də yayımlanan "2-ci Sayfa" verilişinə zəng edən Seda adlı qadın Muradın onunla birlikdə 3 qadını aldatdığını və dələduzluq yolu ilə külli miqdarda pulunu məinmsədiyini bildirib:

"Mahmud Atalay adından istifadə edir. Anası ilə birlikdə dələduzluq edir. Saxta şəxsiyyət vəsiqəsindən istifadə etdiyindən pullar anasının hesabına köçür. Özünü fitness ustası kimi təqdim edir. 1 il 5 ay münasibətdə olduq. Sonra məndən borc istəməyə başladı. Sonra müxtəlif bəhanələrlə məndən 30 min dollar pul aldı.Bir oğlum var məni onu öldürməklə hədələdi.Zərrin Özerlə toy fotolarını görüb çox sevindim. Çünki 2016-cı ildən onu axtarıram".

Nalan və Esra adlı qadınlar da Muraddan polisə şikayət ərizəsi verib.