Mingəçevirə qonaq gedən 6 yaşlı qız hovuzda boğuldu


Digərləri 17 İyn 2019 15:04:00 243 0

Mingəçevirə qonaq gedən 6 yaşlı qız hovuzda boğuldu

Mingəçevirdə 6 yaşlı uşaq hovuza düşərək ölüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Naxçıvan küçəsində baş verib. İlkin məlumatlara görə, qonşu rayondan qonaq gələn 2013-cü il təvəllüdlü Duyğu Məmmədova su hovuzuna yıxılıb. Azyaşlı hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.