ABŞ qoşunları Polşadan idarə olunacaq


Dünya 17 İyn 2019 14:48:00 242 0

ABŞ qoşunları Polşadan idarə olunacaq

NATO-nun şərq cinahındakı ABŞ qoşunlarının komandanlıq mərkəzi Polşaya köçürüləcək.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Mariuş Blaşak yerli radiostansiyanın efirində bildirib.

"Biz ABŞ qoşunlarının diviziya komandanlığında iştirakla bağlı razılığa gəlmişik. ABŞ-ın NATO şərq cinahındakı qoşunları məhz bu komandanlıq mərkəzinə tabe olacaq", - M.Blaşak bildirib.

Bundan əvvəl ABŞ və Polşa hökumətləri Birləşmiş Ştatlara aid "MQ-9" hərbi kəşfiyyatçı dronlarından ibarət eskadrilyanın Polşaya yerləşdirilməsi ilə bağlı razılaşma əldə etmişdi.