5 nəfər avtomobildə yandı


Dünya 17 İyn 2019 14:15:00 211 0

5 nəfər avtomobildə yandı

İranın cənub-qərbində Fars vilayətində dəhşətli avtomobil qəzası baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Fars vilayəti fövqəladə hallar idarəsinin rəsmisi Həsən Himməti deyib.

H.Himmətinin sözlərinə görə, Firuzabad-Şiraz magistral yolunda 2 avtomobilin "pikap"la toqquşması nəticəsində yanğın baş verib və 5 nəfər həlak olub.

O, qəzada yaralanan 3 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.