Azərbaycanın tanınmış mühəndisi vəfat edib


Digərləri 17 İyn 2019 13:39:00 182 0

Azərbaycanın tanınmış mühəndisi vəfat edib

Görkəmli mühəndis və ictimai xadim Kamil Akimov vəfat edib

Bakı. Tanınmış ictimai xadim, Azərbaycan neft emalı sənayesinin təşkitalçılarından biri, Azərbaycanın əməkdar mühəndisi Akimov Kamil Əlisoltan oğlu 92 yaşında Bakıda vəfat edib. Trend-in məlumatına görə, Kamil Akimov 1927-ci il iyulun 11-də Sabirabad şəhərində sənətkar ailəsində anadan olub. 1947-ci ildə Bakı Neft Texnikumunu fərqlənmə diplomu ilə bitirdikdən sonra təhsilini Azərbaycan Sənaye İnstitutunda davam etdirib və eyni zamanda Neftayırma zavodunda operator köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. 1952-ci ildə ali təhsilini neft və qazın emalı üzrə mühəndis-texnoloq ixtisası ilə başa vurduqdan sonra zavodun ən məhsuldar qurğularından birinə rəis təyin edilib. Kamil Akimov istehsalatda çalışmaqla yanaşı elmi axtarışlarını davam etdirib, neft emalı sənayesi sahəsində 30-a yaxın təklifin, 10-a yaxın ixtiranın müəllifi olub. Bu illər ərzində o, neftayırma sənayesi işçiləri, texnikum və institut tələbələri üçün dərsliyin və bir neçə kitabçanın çapdan çıxmasına nail olub. O, 1962-ci ildə zavodun baş mühəndisini müavini, 1963-cü ildə Azərbaycan KP MK, respublika Nazirlər Soveti yanından yeni təşkil olunmuş Partiya Dövlət Nəzarət Komitəsinin neft və kimya sənayesi şöbəsinə rəis müavini, 1964-cü ildə isə Ə.Qarayev adına neft emalı zavoduna direktor vəzifəsinə təyin edilib. Kamil Akimov zavoda rəhbərlik etdiyi illərdə qurğuların yeni texnologiya əsasında təkmilləşdirilməsi, istismarı və təmiri işləri ilə məşğul olaraq, qısa müddətdə zavodun qabaqcıl sənaye müəssisələri sırasına çıxmasına nail olub. Məhz bu uğurlarına görə o, “Şərəf Nişanı” ordeninə, “Əməkdar Mühəndis” fəxri adına layiq görülüb və daha məsul vəzifələrə irəli sürülüb. Kamil Akimov 1967-ci ildə Azərbaycan Respublikası neftayırma sənayesi nazirinin 1-ci müavini, 1970-ci ildə isə Azərbaycan Respublikası neftayırma sənayesi naziri təyin edilib. 1970-80-ci illərdə Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə neftayırma zavodlarında aparılan yenidənqurma işlərində Kamil Akimovun xüsusi xidmətləri vardır. O dövrdə Azərbaycana yüksək məhsuldarlığa malik iki ELOU-AVT-6 qurğusu gətirilib, Bakı neftayırma zavodu yeni texnologiyaya əsaslanan katalitik riforminq qurğusu ilə təchiz edilib, neftayırma zavodları üçün möhkəm maddi-texniki baza yaradan yeni obyektlər tikilib istifadəyə verilib.