Paraqvayda həbsxanada üsyan:


Dünya 17 İyn 2019 12:47:00 221 0

Paraqvayda həbsxanada üsyan:

Latın Amerikası ölkələrindən olan Paraqvaydakı həbsxanaların birində üsyan olub.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, üsyan nəticəsində 10 məhkum ölüb, 10 nəfər xəsarət alıb.

Daxili işlər naziri Xuan Villamayor bildirib ki, narkotik maddə alverçisi olan iki cinayət qruplaşması üz-üzə gəlib. Hadisə paytaxtın 400 km şimali şərqindəki "San Pedro de Ycuamandiyu" həbsxanasında baş verib. Məlum olub ki, ölənlərin hamısı cinayətkar qruplaşma üzvləridir.

Rəsmi məlumata əsasən, qruplaşmalardan biri Braziliya mənşəli, digəri isə hər iki ölkədə narkotik alverlə məşğul olan qruplaşmadır.