“İstanbulu eninəuzununa müzakirə etdik”


Dünya 17 İyn 2019 11:52:00 176 0

“İstanbulu eninəuzununa müzakirə etdik”

Ötən gün canlı yayımda bir araya gəlib iyunun 23-də İstanbulda keçiriləcək bələdiyyə seçkilərini müzakirə edən namizədlər Binəli Yıldırım və Əkrəm İmamoğlu debatdan sonra açıqlamalar veriblər.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, canlı efirdən sonra CHP namizədi İmamoğlu jurnalistlərə açıqlamasında "Qərarı istanbullular verəcək. Millətimiz öz iradəsini 23 iyunda göstərəcək. Hər şey çox gözəl olacaq" deyib. 

AKP namizədi Yıldırım isə Tvitterdən etdiyi paylaşımlarıyla görüşü dəyərləndirib. O, görüş barədə "Əkrəm bəy çox şey danışdı, amma nə edəcəyini deməyi unutdu" yazıb. Daha sonra isə ailəvi fotolarını paylaşaraq "Əkrəm İmamoğlu ilə İstanbulu eninə-uzununa müzakirə etdik" deyə qeyd edib.


Xəbərə aid foto