Masallıda pomidor sahələrini qurd basıb FOTO


Digərləri 17 İyn 2019 11:19:00 243 0

Masallıda pomidor sahələrini qurd basıb  FOTO

Masallı rayonunda pomidor sahələrində xəstəlik yayılıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, xəstəlik bu sahələrə ziyanverici qurdların daraşmasından sonra baş verib.

Belə ki, 10 gündən çoxdur ziyanverici həşəratlar sahələrdə məhsulun zay olmasına səbəb olur. Nəticədə rayonun 3 kəndində - Qızılağac, Gəyəçöl və Sərçuvar kəndlərində fermerlərə ziyan dəyib.

Masallı Rayon Bitki Mühafizəsi Mərkəzindən bildirilib ki, yayılan xəstəliklə əlaqədar mütəxəssislər nümunələr götürüb və xəstəliyin nə olduğu tam müəyyən edilib. Ziyanverici el arasında "pomidor sovkası" adlanan qurddur.

Sakinlərin dediyinə görə, pomidor sovkası çox vaxt qırmızı yetişmiş pomidorlarda olardı, lakin maraqlısı budur ki, indi yetişməmiş kal pomidorlarda da var.

Aprel-may aylarında dişi kəpənəklər bitkilərdə öz yumurtalarını qoyur. Hava şəraitinə uyğun olaraq 10-15 gün müddətində yumurtadan çıxan tırtıllar pomidorun meyvəsinə ziyan vurur. Vaxtında qarşısı alınmadıqda isə sovka tamamilə yayıldığı sahəni məhv edə bilir. 


Xəbərə aid fotolar