Gecə aeroport yolunda "KİA" yandı (VİDEO)


Digərləri 17 İyn 2019 10:37:18 210 0

Gecə aeroport yolunda "KİA" yandı (VİDEO)

Bakıda hərəkətdə olan minik avtomobili qəfildən yanıb.

Bakı. Ceyhun Ələkbərov - Bakıda hərəkətdə olan minik avtomobili qəfildən yanıb. Trend-in məlumatına görə, hadisə ötən gecə aeroport yolunda qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı avtomobilin mühərrik hissəsi qəfildən alışmağa başlayıb. Avtomobili yolun kənarında saxlayan sürücünün köməyinə ətrafdakılar çatıb. Yanğını söndürmək üçün hadisə yerinə yaxınlaşan avtomobillərdəki yanğınsöndürən balonlardan istifadə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb, avotomobilə ziyan dəyib.