İkinci dəfə xəstəxanaya gətirilən şəxs öldü


Digərləri 17 İyn 2019 09:57:00 197 0

İkinci dəfə xəstəxanaya gətirilən şəxs öldü

Qaxda ikinci dəfə xəstəxanaya gətirilən şəxs dünyasını dəyişib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü Qax rayon Qaxbas sakini Anar Fazil oğlu Bayramov iyunun 15-də səhhəti ilə bağlı Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub.

Elə həmin gün axşam saatlarında isə öz istəyilə xəstəxananı tərk edib. Ötən gecə axşam saatlarında A.Bayramov yenidən təcili tibbi yardım şöbəsinin əməkdaşları tərəfindən xəstəxanaya gətirilib. Xəstə xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.