Hindistanda həkimlər tətilə çıxdılar - SƏBƏB maaş deyil...


Digərləri 17 İyn 2019 09:56:00 246 0

Hindistanda həkimlər tətilə çıxdılar - SƏBƏB maaş deyil...

Hinditsanın Tibb Assosiasiyası (IMA) bu gün ölkədə 24 saatlıq tətil elan edib.

Bakı. Hinditsanın Tibb Assosiasiyası (IMA) bu gün ölkədə 24 saatlıq tətil elan edib. Trend-in məlumatına görə, tətil edənlərin tələbi tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsidir. Məlumata görə, tətilə ayrı-ayrı ştatlardan tibb heyəti qoşulub, yalnız Maxaraştra ştatında tətilə qoşulanların sayının 4,5 min nəfər olduğu bildirilir. Tətil təşkil edənlər bu gün ölkədə yalnız təcili tibbi yardıma ehtiyacı olanalar üçün xidmət göstəriləcəyini bildiriblər, xəstəxanalarda isə ümumilikdə iş dayandırılıb.