Dünya və axirətin tərəzi ilə müqayisəsi nə məna daşıyır?


Digərləri 17 İyn 2019 09:00:00 184 0

Dünya və axirətin tərəzi ilə müqayisəsi nə məna daşıyır?

Dünya və axirət - bir-birinə təzad təşkil edən aləmlərdirlər. Onlar tərəzinin iki gözü kimidirlər. Birinin yuxarı qalxması ilə o birisi aşağı düşər.

İmam Əli (ə) buyurur: "Dünyanın acı olması - axirətin şirin olması deməkdir. Dünyanın şirin olması isə axirətin acı olması deməkdir".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Səccad (ə) buyurur: "Allaha and olsun ki, dünya və axirət - tərəzinin iki gözü kimidir. O göz ki, yuxarı qalxar, o birisi aşağı düşər".

Ona görə də dünyada Allaha görə hüznlü olmaq - axirətdə sevincə səbəb olar. Dünyada Allahdan qeyrisi üçün sevinmək - axirət qəmini ardınca gətirər. O kəslər ki, qəflət və cahillik üzündən dünyada gülərlər - axirətdə ağlayacaqlar.

İmam Sadiq (ə) buyurur: "Nə qədər çoxdur o kəslər ki, yersiz gülüşləri çoxdur. Qiyamət günü ağlamaqları çox olacaqdır.