Bərdədə “Jiquli” ağaca çırpıldı: xəsarət alanlar var


Digərləri 17 İyn 2019 08:43:00 228 0

Bərdədə “Jiquli” ağaca çırpıldı: xəsarət alanlar var

Bərdə rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə rayonun Türkmən kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı avtomobil idarə etməni itirərək yol kənarında olan iri gövdəli ağaca dəyib.

Nəticədə avtomobilin sürücüsü, Yevlax rayon sakini Pərviz Məhəmməd oğlu Quluzadə və sərnişin Amil İlham oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər iki yaralı Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

P.Quluzadənin vəziyyətinin ağır olduğunu bildirilir.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.