Samuxda qonşular arasında mübahisə qanla bitdi


Digərləri 17 İyn 2019 08:33:00 235 0

Samuxda qonşular arasında mübahisə qanla bitdi

Samux rayonunun Alıuşağı kəndində bıçaqlanma hadisəsi qeydə alınıb.

Son.az oxu.az-a istinadən bildirir ki, kənd sakini 32 yaşlı Zamin Bayramov qardaşının evində qonşusu Elxan Cəfərovla mübahisə edib. Mübahisə zamanı E.Cəfərov Z.Bayramovu bıçaqlayıb.

Yaralı dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.