Husilər növbəti dəfə Səudiyyə Ərəbistanının hava limanına hücum edib


Digərləri 17 İyn 2019 08:30:00 154 0

Husilər növbəti dəfə Səudiyyə Ərəbistanının hava limanına hücum edib

Yəmənin "Ənsar Allah" hərəkatının üsyançıları (husilər) Abha şəhərində yerləşən beynəlxalq hava limanına hücum edib

Bakı. Yəmənin "Ənsar Allah" hərəkatının üsyançıları (husilər) Abha şəhərində yerləşən beynəlxalq hava limanına hücum edib. Trend-in məlumatına görə, həmin hücum pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib. Bildirilir ki, ötən şənbə günü, üsyançılar, Yəməndən Səudiyyə Ərəbistanının cənub-qərbində olan Abha və Jizan şəhərlərindəki iki hava limanını atəşə tutub.