Venesuelada avtobus aşıb: 16 nəfər həlak olub


Dünya 17 İyn 2019 08:20:00 194 0

Venesuelada avtobus aşıb: 16 nəfər həlak olub

Venesuelada yol qəzası nəticəsində 16 nəfər həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Nacional" nəşriyyatı yazıb.

Məlumata əsasən, San Kristobal şəhərindən Marakaybo şəhəri istiqamətində gedən avtobusun şini partlayıb. Nəticədə həmin avtobus yoldan çıxaraq aşıb.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Hadisə yerində aidiyyatı qurumlar iş aparır.