Qvatemalada prezident və parlament seçkilərində səsvermə başa çatıb


Digərləri 17 İyn 2019 08:10:14 184 0

Qvatemalada prezident və parlament seçkilərində səsvermə başa çatıb

Qvatemalada iyunun 16-ı yerli vaxtla saat 18.00-da prezident, birinci Konqresin (parlament) deputatları və yerli hökumət nümayəndələri seçkilərində səsvermə məntəqələri bağlanıb

Bakı. Qvatemalada iyunun 16-ı yerli vaxtla saat 18.00-da prezident, birinci Konqresin (parlament) deputatları və yerli hökumət nümayəndələri seçkilərində səsvermə məntəqələri bağlanıb. Trend-in məlumatına görə, Yüksək Seçki Tribunalı komissiyalardan vətəndaşların iradəsinin nəticələrinə dair məlumatları almağa başlayıb. Seçicilər siyahısına 8,1 milyona yaxın nəfər daxil edilib.