Avropa Kosmik Agentliyi çoxdəfəli kosmik laboratoriya layihəsi hazırlayıb


Digərləri 17 İyn 2019 08:10:00 227 0

Avropa Kosmik Agentliyi çoxdəfəli kosmik laboratoriya layihəsi hazırlayıb

Avropa Kosmik Agentliyi (European Space Agency, ESA) orbitə Yerə mütəmadi qayıdacaq pilotsuz uçan laboratoriya buraxmaqla bağlı planlarını açıqlayıb. Bu barədə agentliyin saytında deyilir.

Son.az ICTnews-a istinadən bildirir ki, "Space Rider" ("Kosmik atlı") adlanan layihə kosmik tədqiqatlar üçün xərcləri xeyli azaltmağa imkan verəcək. Laboratoriya artıq sınaqdan keçirilmiş texnologiyalar - "IXV" eksperimental gəmisi və Avropanın "Vega AVUM" raketinin dördüncü pilləsi əsasında yaradılacaq. Bu isə layihənin həyata keçirilmə müddətini azaltmağa imkan verəcək.

"Space Rider" laboratoriyasının ilk buraxılışını 2022-ci ildə Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan həyata keçirmək planlaşdırılır.

Xatırladaq ki, Avropa Kosmik Agentliyi 1975-ci ildə kosmosun tədqiqi məqsədilə yaradılan beynəlxalq təşkilatdır. Təşkilata 22 daimi üzv daxildir, həmçinin bəzi layihələrdə Kanada iştirak edir.