Suriyada kəndin atəşə tutulması nəticəsində 12 nəfər ölüb


Digərləri 17 İyn 2019 04:34:55 181 0

Suriyada kəndin atəşə tutulması nəticəsində 12 nəfər ölüb

Suriyada terrorçu qruplaşmalar əl-Vadihi kəndini minaatanalardan istifadə etməklə atəşə tutublar

Bakı. Suriyada terrorçu qruplaşmalar əl-Vadihi kəndini minaatanalardan istifadə etməklə atəşə tutublar. Trend-in məlumatına görə, hadisə nəticəsində 12 nəfər həlak olub, ən azı 15 nəfər xəsarət alıb. Qeyd edək ki, öncə 10 nəfərin həlak olması barədə məlumat verilib. Məlumata əsasən, ölənlər arasında suriyalı hərbçi, xəsarət alanlar arasında isə qadın və uşaqlar var.