Nigeriyada silahlı hücumlar nəticəsində 34 nəfər həlak olub


Digərləri 17 İyn 2019 01:30:00 210 0

Nigeriyada silahlı hücumlar nəticəsində 34 nəfər həlak olub

Nigeriyanın şimal-qərbində yerləşən kəndlərə naməlum silahlı qruplaşmanın hücumları nəticəsində ən azı 34 nəfər həlak olub

Bakı. Nigeriyanın şimal-qərbində yerləşən kəndlərə naməlum silahlı qruplaşmanın hücumları nəticəsində ən azı 34 nəfər həlak olub. Trend-in məlumatına görə, həmin hücumlar iyunun 15-dən 16-a keçən gecədə baş verib, lakin bu barədə hələ indilərdə məlumat yayılıb. Qeyd edilir ki, yerli sakinlər heç bir müqavimət göstərə bilməyib.