Burada kişiləri qadın kimi böyüdürlər Səbəbi HƏR KƏSİ ŞOKA SALACAQ FOTO


Digərləri 16 İyn 2019 23:34:00 226 0

Burada kişiləri qadın kimi böyüdürlər  Səbəbi HƏR KƏSİ ŞOKA SALACAQ  FOTO

Planetimizin hər nöqtəsinin özünə xas möcüzələri, qeyri-adiliyi, mədəniyyət, adət-ənənə fərqi var. Məsələn, Samoa dövlətində kişi və qadından əlavə faafafine adlanan üçüncü cinsiyyət bölgüsü də var. Faafafinelər qız kimi tərbiyə olunub qadın kimi böyüyən oğlanlara deyirlər.

Faafafinelər məişətdə, gündəlik həyatda qadın öhdəliklərini mənimsəyir, hətta kişilərlə ailə qururlar.

Son.az xəbər verir ki, Samoanın 190 min nəfərlik əhalisinin üçdə biri faafinedir. Onlar həmçinin digər ölkələrdə də adaların diaspor təşkilatının fəal üzvləridir.

Faafafine olmaq cinsiyyət orqanını fiziki olaraq əməliyyat etdirmək demək deyil. Hətta bəzi faafafinelər deyirlər ki, uşaqlıqdan psixoloji olaraq qadınlıqlarına əmin böyüyüblər. Onların qadın ruhu o qədər güclüdür ki, ölkənin ən gözəl qızlarını kölgədə qoyurlar. Böyüdükcə orqanizmlərindəki kişiləşmənin fərqinə varıb daha aqressiv nə narahat olurlar.

"Biz bilirik ki, qadınıq, kişi kobudluğumuz qabardıqca depressiyaya düşürük", - deyə bildirirlər.

Faafafinelər ölkələrində qeyri-adi, yaxud təhqir dolu baxışlara məruz qalmırlar. Heç kim onlara homoseksual kimi də baxmır. Bu, Samoa əhalisi üçün sadəcə üçüncü cinsiyyət bölgüsüdür. Faafafinelər adətən kişilərlə ailə qururlar. Bu, isə çox adi hal sayılır. Nadir halda faafafine qadınla ailə qurur. İki faafafinenin nikahına isə doğru baxmırlar. Onların nikahı heç vaxt rəsmiyyətə qovuşmur.


Xəbərə aid fotolar