Saç tökülməsindən əziyyət çəkənlərə ŞAD XƏBƏR: bir neçə saata ev şəraitində... FOTO


Digərləri 16 İyn 2019 23:25:00 304 0

Saç tökülməsindən əziyyət çəkənlərə ŞAD XƏBƏR: bir neçə saata ev şəraitində...  FOTO

Saç tökülməsi, əslində, insan orqanizminin təbii proseslərindən biridir. Lakin tökülən saçların yerinə yeniləri çıxmırsa, buradaq bir problem var deməkdir.

Son.az xəbər verir ki, saç tökülməsinin əsas səbəbləri stress, ətraf mühitin təsirləri, depressiya, vitaminsizlik, düzgün qidalanmama və orqanizmdə hər hansı hormon çatışmazlığı ola bilər.

Səbəbləri dəqiqləşdirmək üçün ilk növbədə, mütəxəssisə müraciət etmək lazımdır. Lakin səbəb sizə bəllidirsə, bu problemin öhdəsindən evdə də gələ bilərsiniz.

Sink

Saç köklərini oyandıraraq hüceyrələrin yenilənmə prosesini aktivləşdirən mineralların başında sink gəlir. Xüsusilə, badam sink baxımından olduqca zəngindir. Əgər tökülmə ciddi metabolizm xəstəliyindən qaynaqlanmırsa, gündə bir ovuc badam, fıstıq, fındıq, qoz yemək sink ehtiyacınızı qarşılayacaq və saçlarınızı bərpa edəcək.

Qırmızı ət

Kifayət qədər protein qəbulu olmayanda saçlar cansızlaşmağa və gec uzanmağa başlayır. Yağsız qırmızı ət kimi protein qaynaqlarından bəslənsəniz, saçlarınız güclü və canlı olar. Tökülmənin qaşrısı alınar.

Yumaq

Saçı hər gün yumaq ziyandır. 2-3 gündən-bir ph dəyəri 5,5 olan şampunlardan istifadəyə diqqət edin.

Kimyəvi maddələr

Gel, köpük və sprey kimi kimyəvi tərkibli maddələrdən mümkün olduqca az istifadə edin. İstifadə etmək istəsəniz belə, saçınızı həmin gün yumağa çalışın. Xüsusilə, gel saçların nəfəs almasının qarşısını alır. Buna görə də uzun müddət saçlarda qalmağı məsləhət deyil.

Təbii minerallar

Hindistan qozu yağı, alma sirkəsi, keratin, balqabaq tumu yağı saç tökülməsinə faydalı olan maddələrdir.

Gicitkən

Saç tökülməsinin qarşısını alan möcüzəvi bitkilərdən biri də gicitkəndir. 20 fincan qaynar suya 1 yemək qaşığı çox incə doğranmış gictikən otu atın. Yarım saat gözlədikdən sonra təmiz və nazik parçadan süzün, yatmazdan əvvəl bu su ilə saç diblərini masaj edərək yuyun.


Xəbərə aid fotolar