Artıq gözəllik salonlarına ehtiyac yoxdur: bunları etsəniz... FOTO


Digərləri 16 İyn 2019 23:05:00 223 0

Artıq gözəllik salonlarına ehtiyac yoxdur: bunları etsəniz...  FOTO

Son bir neçə ildir ki, təbii və qalın qaşlar dəb olub.

Nazik qaşlara sahibsinizsə, onları qalınlaşdırmaq üçün gününüzü gözəllik salonlarında keçirməyə ehtiyac yoxdur. Bu işin öhdəsindən evdə də gələ bilərsiniz.

Son.az bu işdə sizə bir neçə bəsit nümunə ilə yardımçı olacaq.

Ekzotik yağ qarışığı

Bu reseptlə təkcə qaşlarınızı yox, həm də kirpiklərinizi qalınlaşdıra bilərsiniz. Kiçik şüşəyə eyni miqdarda Hindistan qozu yağı və kokos yağını qarışdırın. 1 çay qaşığı avokado əlavə edin. Bir fırça vasitəsilə qaşlarınıza çəkin.

Vitamin qarışığı

Bu qarışıq qaşlarınızı qüsursuz və parlaq edəcək. Bərpasına və güclənməsinə yardımçı olacaq. 1 çay qaşığı aloe suyu, 2 çay qaşığı kokos yağı və 2 E vitamini kapsulunu qarışdırın. Yatmadan öncə qaşlarınıza çəkin. Səhər yuyun.

Soğan suyu

Soğan suyu qaş tüklərinin köklərini qidalandırır, uzanmanı sürətləndirir, parlaqlıq verir. Soğan suyu ilə 5 dəqiqə qaşlarınızı masaj edin. Normal qaydada təmizləyin və su ilə yuyun.

Süd maskası

Süd protein, B vitamini, laktoz və kalsiumla zəngindir. Qaşları bərpa edir və qoruyur. Südə pambıqlı çubuğu batırın və qaşlarınıza çəkin. Qurudun və sonra su ilə yuyun.

Limon suyu

Limon saçları və qaşları gücləndirmək və uzatmaq üçün lazım olan dəyərli vitamin və antioksidant qaynağıdır. Lakin tətbiq edəndə gözünüzə diqqət edin. Limon suyuna bir neçə damcı Hindistan qozu yağı da əlavə edə bilərsiniz. Qarışığı 15 gün sərin yerdə saxlayın və yatmazdan əvvəl hər gün qaşınıza çəkin.

Uçucu yağlar


Xəbərə aid fotolar