Göyçayda yanğın olub


Digərləri 16 İyn 2019 23:02:30 228 0

Göyçayda yanğın olub

Göyçay rayonunda yanğın qeydə alınıb

Bakı. Göyçay rayonunda yanğın qeydə alınıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Potu kəndində "T-28" markalı traktorun taxtadan ibarət qoşqusu və içərisinə yığılan 1 ton ot bağlaması yanıb. Yüksək temperaturdan yaxınlıqda olan birmərtəbəli evin çardağı 4 m² sahədə qarsalanıb. Traktor və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;