Azərbaycanda mikroavtobus aşıb, xəsarət alan var


Digərləri 16 İyn 2019 22:49:00 205 0

Azərbaycanda mikroavtobus aşıb, xəsarət alan var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan mikroavtobusun idarəetmədən çıxaraq aşması nəticəsində bir nəfər - 19 yaşlı Qələndər İbrahimov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, mikroavtobusda 10-a yaxın sərnişin olub. 

Faktla bağlı araşdırma aparılır.