3 günə inanılmaz dərəcədə dəyişmək üçün MÖCÜZƏVİ RESEPT


Digərləri 16 İyn 2019 22:30:00 232 0

3 günə inanılmaz dərəcədə dəyişmək üçün MÖCÜZƏVİ RESEPT

Ləzzətli və xoşgörünüşlü yeməklər artıq çəkidən əziyyət çəkən insanlar üçün xüsusilə problem yaradır. Gün ərzində yeyilən yağ və ağır təamlar mədədə həm narahatlıq yaradır, həm də bir çox sağlıq problemləri ortaya çıxarır.

Bədənin müəyyən bölgələrində artıq yağların yığılmasına səbəb olan qidaların artıq çəki yaratmaması üçün bəzi üsllar var.

Son.az xəbər verir ki, həm bu problemin, həm də mədədə ağırlıq, narahatlıq hissinin öhdəsindən gəlmək üçün müxtəlif təbii detokslardan istifadə etmək lazımdır.

Sağlam qidalanma ilə yanaşı, hər gün mütləq yarım saat gəzmək də önəmlidir. Nizamlı idman hərəkətləri ilə yanaşı, 3 günlük yağ yandıran detokslarla birgə artıq çəkidən və ağrılardan qurtula bilərsiniz.

1-ci günün detoksu

Səhər yuxudan oyanan kimi 1 fincan limonlu su için. Gün ərzində təzə meyvə yaxud meyvə salatı yeyin. Aralarda limonlu suyu uçməyi unutmayın. Aclıq hissi güc gələndə 2 dilim çovdar çörəyi ya da 2 ədəd pəhriz peçenyesi yeyin. Gün ərzində toplam 8 fincan limonlu su içməlisiniz. Bağırsaqların sağlamlığı çün səhər tezdən və axşam gec saatlarda arıqlamaq üçün nəzərdə tutulan çaylardan için.

2-ci günün detoksu

Səhər: 1 fincan yaşıl çay, 2 dilim qızarmış kəpək çörəyi, göyərti, 2 qoz və 1 kök.

Günorta: 2 qaynanmış yumurta, 1 pors qaynadılmış ispanaq və 1 ədəd pomidor.