Hər il aeroportlarda niyə 25 milyon çemodan itir? Faktlar FOTO


Digərləri 16 İyn 2019 21:54:00 210 0

Hər il aeroportlarda niyə 25 milyon çemodan itir?  Faktlar  FOTO

Havaçılıq industriyası rəsmiləri son texnologiyalardan istifadə edərək, sərnişinlərin çemodanlarını izlədiklərini və çemodan itkisi statistikasının hər il azaldığını deyirlər.

Amma hər il milyonlarla baqaj sirrə qədəm basmaqda davam edir. Hava yolları bunun qarşısına keçmək üçün lazımi addımlar atırmı?

Digər sərnişinlər çemodanlarını alıb getdikdən sonra baqaj yerində əli boş bir şəkildə gözləmək ən ağrıverici hisslərdən biridir. Hər il milyonlarla sərnişin bu hissi yaşayır. Bəs çemodanlar niyə itir? Ən son texnologiyalardan istifadə edən havaçılıq industriyası çemodan məsələsində niyə bu qədər geridə qalıb? 

Öncə yaxşı xəbərlərlə başlayaq.

Son.az musavat.com-a istinadən bildirir ki, qlobal baqaj nəzarəti üçün texnologiya təmin edən Sita adlı şirkət 2007-ci ildə 46,9 milyon olan itmiş baqaj sayının keçən il 24.8 milyona endiyini deyir. Üstəlik, bu müddətdə sərnişin sayı da iki dəfə artıb.

Sitaya görə, baqaj təqibi texnologiyalarına qoyulan investisiyalar qarşılığını verir. Məsələn, Amerikanın Delta Hava Yolları çemodanların üstünə qoyduğu barkodlara bir də RFID (radio dalğa kimliyi) çipi yerləşdirir. Bunun sayəsində hava limanındakı baqaj kəmərləri üzərlərindən keçən çemodanı avtomatik olaraq yoxlayır və tanıyır. 

Delta rəhbəri Gareth Coys bildirib ki, hər ik daşıdıqları 150 milyon çemodanı bu çiplər vasitəsilə yerləşdirirlər. Delta bunun sayəsində çemodanların 99.9 faizini qüsursuz bir şəkildə daşıdığını deyir.

RFID çiplərindən istifadə edən və ya baqaj daşıyan işçilərinə mobil barkod oxuyucuları istifadə etdirən başqa şirkətlər də var. Bəs belədirsə, hər il 25 milyon çemodan niyə hələ də itməyə davam edir? Sitaya görə, itən baqajların yarısı, ikili uçuşlardakı problemlərə görə bu aqibəti yaşayır. 

Birinci təyyarənin gecikməsinə görə baqajlar ikinci uçuşa çatdırıla bilmir. Çemodanların vacib bir qismi də sərnişinlərin və ya baqaj daşıyıcılarının səhv çemodaları götürməsinə görə itir.


Xəbərə aid fotolar