77 terrorçu zərərsizləşdirildi "Pəncə" əməliyyatı


Dünya 16 İyn 2019 21:40:00 197 0

77 terrorçu zərərsizləşdirildi  "Pəncə" əməliyyatı

Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında 77 PKK terrorçusunu zərərsizləşdiriblər.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, onlardan 51-i Hakurk rayonunda zərərsizləşdirilib:

"Əməliyyat zamanı həmçinin terroristlər tərəfindən istifadə olunan 133 sığınacaq və mağara məhv edilib".

Nazirlik əməliyyatın planlaşdırıldığı kimi uğurla davam etdiyini vurğulayır.