Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib


Digərləri 16 İyn 2019 21:35:55 176 0

Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında 77 PKK terrorçusunu zərərsizləşdiriblər

Bakı. Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında 77 PKK terrorçusunu zərərsizləşdiriblər. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib. Məlumata əsasən, onlardan 51-i Hakurk rayonunda zərərsizləşdirilib: "Əməliyyat zamanı həmçinin terroristlər tərəfindən istifadə olunan 133 sığınacaq və mağara məhv edilib".