Çanta və ayaqqabılarda tam şəffaflıq FOTO


Digərləri 16 İyn 2019 21:00:00 281 0

Çanta və ayaqqabılarda tam şəffaflıq  FOTO

Supermarketlərdə birdəfəlik paketlərə "yox", amma uzunömürlü polimerlərə "hə" deyirik.

Astroloqlar proqnozlarında məsləhət verir ki, yaz-yaz mövsümündə dünyaya açıq olmaq lazımdır. Dizaynerlər bu tövsiyyəni şiddətlə dəstəkləyirlər. Əks halda plastikdən hazırlanan bir sıra şəffaf səndəl və çantaların qarderobumuza yol tapmasını necə izah etmək olar?

Son.az xəbər verir ki, "Prada", "Jil Sander", "Miu Miu", "Fendi", "Versace", "Chanel" və digər lüks markaların plastik və şəffaf çanta və ayaqqabıları yenidən dəbə gətirməsi demokratik brendlərin kolleksiyalarına təsirsiz ötüşməyib. Odur ki, polimer ayaqqabı və aksesuarlar bu mövsümün isti trendi adlandırmaq olar.

Geniş və ya kiçik plastik çantalar yay paltarınızın hər birinə uyğun olacaq və parlaq bikini ilə möhtəşəm görünəcəklər.

Əgər siz öz çantanızın içindəkiləri dünyaya göstərməyə hazır deyilsinizsə, yarımşəffaf ayaqqabıya baxmağı məsləhət görürük. Dizaynerlərin təklif etdiyi çeşidlər müxtəlifdir, buraya dikdaban bosonojkaları, alçaq və ya hündürdaban saboları və ya rəngli versiyaları daxil etmək olar.