Günəbaxan tumu və qabığı orqanizmə ziyan deyil ALİMLƏR AÇIQLADI


Digərləri 16 İyn 2019 20:55:00 270 0

Günəbaxan tumu və qabığı orqanizmə ziyan deyil  ALİMLƏR AÇIQLADI

Günəbaxan tumuna həvəs kor bağırsağın iltihabı ilə nəticələnir.

Uzun illər buna inanmışıq. Son.az ölkə.az-a istinadən bildirir ki, türk həkimləri bu mifi darmadağın ediblər.

Mütəxəssislər 2000 kor bağırsaq əməliyyatını analiz ediblər. Məlum olub ki, cəmi 8 əməliyyatda kor bağırsaqda qida qalığı iltihaba səbəb olub. Onlardan cəmi biri meyvə çəyirdəyi ilə bağlı olub.

Rusiyalı alim Sergey Vyalov türk həmkarları ilə həmfikirdir və bildirib ki, günəbaxan tumu və qabığı kor bağırsaqda problem yaratmır. O, əmindir ki, ümumiyyətlə qida məhsulları iltihaba səbəb olmur.